Əlfəcin meneceri

Əlfəcinlər internetdə sevimli yerlərinizə tez və asanlıqla qayıda bilməyiniz üçün səyyahınızda saxladığınız keçidlərdir. Firefox bütün saxlanılan keçidlərinizi təşkil etmək, axtarmaq, yeniləmək və bütün cihazlarınız arasında sinxronlaşdırmaq üçün rahat əlfəcin menecerini ehtiva edir.

Əlfəcinlərinizi axtarıla bilən qovluqlarda təşkil edin

Əlfəcinlərinizi qovluqlarda toplayın və onları daha ətraflı məlumatlarla etiketləyin. Siz həmçinin ehtiyacınız olanları tez tapmaq üçün əlfəcinlərinizi çeşidləyə bilərsiniz.

Image of the bookmark manager window in Firefox.

Əlfəcinləri asanlıqla idxal edin

Firefox-un idxal sehrbazı ilə əlfəcinlərinizi Chrome, Safari və ya Edge-dən idxal edə bilərsiniz. Sadəcə Əlfəcinlər > Əlfəcinləri İdarə Et klikləyin və sonra “İdxal və Yedəkləmə” seçin.

Digər səyyahlardan tənzimləmələri və məlumatları idxal etmək seçimlərini göstərən Firefox idxal sehrbazı dialoqunun şəkli.

Əlfəcinlər paneli

Firefox-un yuxarı hissəsindəki menyuda sevimli əlfəcinlərinizə sürətli giriş əldə edin və ya onları panelinizə sabitləyin.

Səyyah pəncərəsinin yuxarısındakı paneldə əlfəcinlər toplusunu göstərən Firefox şəkli.