Firefox səyyah sinxronlaşdırması
Firefox ilə masaüstü kompüterinizdən mobil telefonunuza və planşetinizə keçdikdə qaldığınız yerdən davam edə bilərsiniz. Firefox hansı cihazdan istifadə etməyinizdən asılı olmayaraq əlfəcinlərinizi, səyahət tarixçənizi, saxlanılan parollarınızı və daha çoxunu görməyə imkan verir.
Pulsuz Mozilla Hesabı üçün qeydiyyatdan keçin və Firefox və digər Mozilla məhsullarını istifadə etdiyiniz hər yerdə məlumatlarınızı sinxronlaşdıra biləcəksiniz.
Bütün məlumatlarınız serverlərimizdə şifrələnir, buna görə də biz onu oxuya bilmirik – yalnız siz ona daxil ola bilərsiniz. Məlumatlarınızı reklamverənlərə satmırıq, çünki bu, məlumat məxfiliyi vədimizə zidd olardı.
Vərəqləri bir cihazdan digərinə göndərin
Firefox-dakı Vərəqi Göndər özəlliyi bir cihazdakı Firefox-dan səhifələri digər cihazlara (məsələn, iPhone, iPad və ya Android cihazı) göndərməyə imkan verir. Telefonunuzda gəzərkən iş masanıza qayıtdıqda oxumaq istədiyiniz bir məqalə tapdınız? Yaxud evə çatanda saxlamaq istədiyiniz işdən vacib bir sənəd? Bəlkə də noutbukunuzda mətbəxdəki planşetinizə göndərmək istədiyiniz resept tapmısınız. Həmin vərəqi göndərin!