Pulsuz parol meneceri

Firefox veb-saytlara daxil olmaq üçün istifadəçi adlarınızı və parollarınızı təhlükəsiz şəkildə saxlayır, növbəti dəfə sayta daxil olduqda onları sizin üçün avtomatik doldurur və daxili parol idarəetmə özəlliyi ilə saxlanılan girişlərinizi idarə etməyə imkan verir.

Pulsuz Mozilla Hesabı ilə parollarınızı bütün cihazlarınızda təhlükəsiz şəkildə sinxronlaşdıra bilərsiniz. Siz həmçinin Mozilla-nın məxfiliyə hörmət edən digər məhsullarına da daxil ola bilərsiniz.

Asan giriş üçün parolların avtodoldurulması

Firefox saxlanılan istifadəçi adınızı və parolunuzu avtomatik doldura bilər. Əgər bir sayt üçün birdən çox girişiniz varsa, sadəcə istədiyiniz hesabı seçə bilərsiniz və qalanını biz həll edəcəyik.

Daxil olarkən seçmək üçün Firefox-un bir neçə saxlanılmış hesabı göstərdiyi veb-saytın giriş formasının şəkli.

Parolları idxal edin

Chrome, Edge, Safari və ya digər səyyahlarda saxlanılan istifadəçi adlarını və parolları asanlıqla (sehrli şəkildə) idxal etmək üçün idxal sehrbazından istifadə edə bilərsiniz. Menyudan Parolları seçin və sonra Girişlər və Parollar səhifəsinin aşağısındakı “onları Firefox-a idxal edin” düyməsinə klikləyin.

Digər səyyahlardan tənzimləmələri və məlumatları idxal etmək seçimlərini göstərən Firefox idxal sehrbazı dialoqunun şəkli.

Artıq parollarınızı təkrar istifadə etməyə son

Firefox-un internetdəki hər bir girişiniz üçün güclü, unikal parol yaratmasını təmin edin — beləliklə, təhlükəsizlik pozuntusu nəticəsində parollarınızdan biri sındırılsa, bu, digər hesablarınıza deyil, yalnız həmin tək hesaba təsir edəcək.

Firefox-un gələcəkdə istifadə üçün avtomatik saxlayacağı güclü parolu təklif etdiyi veb-saytın qeydiyyat formasının şəkli.

Parol təhlükəsizliyi xəbərdarlıqları

Firefox məlumat sızmasında parolun aşkar edilib-edilmədiyi barədə sizə xəbərdarlıq edir ki, hakerlərin kredit kartınızla lüks avtomobil icarəyə götürmək kimi bir şey etmək şansı olmadan əvvəl onu dəyişə biləsiniz.

“Bu parol ehtimal ki, məlumat sızmasında olan başqa bir hesabda istifadə edilib. Giriş məlumatlarının təkrar istifadəsi bütün hesablarınızı risk altına qoyur. Bu parolu dəyişdirin” xəbərdarlıq mesajını göstərən Firefox parol menecerinin şəkli.