Firefox məxfi səyahət rejimi
Kompüteri başqa insanlarla bölüşürsünüzsə və ya veb-saytların sizin haqqınızda nə qədər məlumat toplaya biləcəyini məhdudlaşdırmaq istəyirsinizsə, Firefox-da məxfi səyahət rejimindən istifadə edə bilərsiniz. Məxfi səyahət internetdə gəzərkən arxanızda qoyduğunuz rəqəmsal izləri silir — onları meşədəki ayaq izləri kimi düşünün.
Məxfi səyahət nə edir?
Məxfi səyahət rejimi yeni səyyah pəncərəsi açır. Sonuncu məxfi səyahət pəncərəsini qapatdıqda, səyahət tarixçəniz və ziyarət etdiyiniz saytlardan olan hər hansı izləmə çərəzləri silinəcək. Firefox Peşəkar Məsləhəti: İşiniz bitdikdə bütün məxfi səyahət pəncərələrinizi qapatmağı unutmayın!
Məxfi səyahət nə etmir
Məxfi səyahət rejimi məxfi səyahət pəncərəsindən yaratdığınız yeni əlfəcinləri silməyəcək, həmçinin sizi zərərverici proqramlardan və ya viruslardan qorumayacaq. O, həmçinin ziyarət etdiyiniz saytların fiziki olaraq harada olduğunuzu görməsinə mane olmur və ya internet provayderinizin nə etdiyinizi qeydə almasını dayandırmır. Bunun üçün sizə etibarlı VPN lazım olacaq.
Firefox-un məxfi səyahətini Chrome-un inkognito rejimi ilə müqayisə edin.