Firefox əlavələri və səyyah uzantıları
Uzantılar – həmçinin Firefox Əlavələri kimi tanınır – səyyahınıza daha çox funksionallıq və alətlər əlavə etmək üçün endirib quraşdıra biləcəyiniz əlavə özəlliklərdir. Əlavələr Firefox səyyahınızı fərdiləşdirməyə və internetdən istifadə tərzinizi təkmilləşdirməyə imkan verir.
Facebook-un internetdə sizi izləməsini dayandıran, mətni başqa dillərə tərcümə edən, orfoqrafiyanızı və ya qrammatikanızı yoxlayan və ya səyyahınızın görünüşünü gözəlləşdirən Firefox əlavələri var. Bunları və minlərlə digər pulsuz uzantıları addons.mozilla.org saytında tapa bilərsiniz.