Firefox səyyahınızı fərdiləşdirin

Firefox mövzuları səyyahınızın görünüşünü dəyişməyə imkan verir. Onlar səyyah menyuları və Firefox sistem səhifələri üçün rəng sxemini təyin edir, hətta Firefox panelinizə fon şəkli əlavə edə bilər.

Firefox ilkin sistem mövzusu ilə gəlir və açıq, qaranlıq və rəngarəng variasiyalarla əvvəlcədən yüklənir.

Firefox ilə birlikdə gələn, açıq, qaranlıq və rəngarəng variasiyaları göstərən ilkin mövzuların şəkli.

addons.mozilla.org saytında daha çox pulsuz fərdi mövzular tapa bilərsiniz. Ən yüksək reytinqli, trenddə olan və ən çox tövsiyə olunan mövzuları nəzərdən keçirin. Yaxud musiqi, mövsümi, idman və təbiət daxil olmaqla kateqoriyalara görə mövzuları axtarın. Təcrübənizi zövqünüzə uyğunlaşdırın. Şirin canlılar, qəddar robotlar, gözəl mənzərələr — Firefox-u özünüzünküləşdirmək üçün minlərlə seçim var.

Üç fərdi Firefox mövzusunun şəkli: ağ və narıncı vurğuları olan tünd bənövşəyi və çəhrayı mövzu, quşlar və sakura çiçəklərinin akvarel rəsminin əks olunduğu açıq bej mövzu və yüksək texnologiyalı dövrə nümunəsi olan tünd qara və yaşıl mövzu.