Firefox ilə veb-səhifəni tərcümə edin

İnternetin ən yaxşı cəhətlərindən biri odur ki, biz bütün dünyadakı məzmuna çıxış əldə edə bilirik. İstər xəbər məqalələri, istər bloqlar, istərsə də ən son texnoloji cihazınızın icmalı olsun, bunların hamısını sonsuz görünən internetdə tapa bilərsiniz. Firefox-un ən son tərcümə özəlliyi ilə bu alət veb-səhifəni real vaxt rejimində davamlı olaraq tərcümə edəcək.

Digər səyyahlar bulud xidmətlərinə arxalandığı halda, Firefox Translations dil modelləri istifadəçinin səyyahına endirilir və tərcümələr yerli olaraq icra edilir, beləliklə Mozilla hansı veb-səhifələri tərcümə etdiyinizi qeydə almır. Firefox-u endirərək sevimli dilinizdə başlayın.

Veb-səhifəni tərcümə etdikdə o, məxfi qalır

Tərcümələriniz yerli olaraq işləndikdə, seçdiyiniz cihazdan heç bir məlumat cihazınızı tərk etmir və ya tərcümə üçün bulud xidmətlərinə arxalanmır. Bu o deməkdir ki, Mozilla hansı veb-səhifəni tərcümə etdiyinizi bilmir və bu da tərcümə özəlliyimizi digər tərcümə alətləri ilə müqayisədə fərqləndirir.

Hazırda hansı dillər dəstəklənir?

Aşağıdakı dillər hazırda Firefox Translations özəlliyi tərəfindən dəstəklənir:

  • عربي
  • Azərbaycanca
  • Български
  • বাংলা
  • Bosanski
  • Català
  • Čeština
  • Dansk
  • Deutsch
  • Ελληνικά
  • English
  • Español
  • Eesti keel
  • Euskara
  • فارسی
  • suomi
  • Français
  • Galego
  • ગુજરાતી
  • עברית
  • हिन्दी
  • Hrvatski
  • magyar
  • Bahasa Indonesia
  • íslenska
  • Italiano
  • 日本語
  • ಕನ್ನಡ
  • 한국어
  • Lietuvių
  • Latviešu
  • മലയാളം
  • Melayu
  • Norsk bokmål
  • Nederlands
  • Polski
  • Português
  • Română
  • Русский
  • slovenčina
  • Slovenščina
  • Shqip
  • Српски
  • Svenska
  • தமிழ்
  • తెలుగు
  • ไทย
  • Türkçe
  • Українська
  • Tiếng Việt
  • 中文 (简体)
  • 正體中文 (繁體)

Və daha çox dil tərtibat mərhələsindədir!

Firefox sizin dilinizdə danışır

Firefox Translations özəlliyi Mozilla-nın internetinizi fərdiləşdirilmiş və daha məxfi saxlamasının başqa bir yoludur. Mozilla hansı veb-səhifələri tərcümə etdiyinizi izləmir. Dünya üzrə milyonlarla istifadəçisi olan Mozilla Firefox işlədənlərin öz şərtləri ilə öyrənmələrini, ünsiyyət qurmalarını, paylaşmalarını və məlumatlı qalmalarını təmin etmək istəyir. Firefox-u endirərək sevimli dilinizdə başlayın.