Firefox məxfi səyyahdırmı?
Bəli. Firefox məxfiliyinizi Məxfi Səyahət kimi özəlliklərlə qoruyur. Bu, ev kompüteri və ya iPad kimi digər insanlarla paylaşdığınız cihazdan istifadə edərkən belə, səyahət tarixçənizi və parollarınızı məxfi saxlamağa imkan verir.
Firefox həmçinin səyahət vərdişləriniz haqqında məlumat toplayaraq saytdan sayta sizi izləyən izləyiciləri əngəlləmək üçün Təkmilləşdirilmiş İzləmə Mühafizəsi ilə məxfiliyinizi qoruyur. Bura həmçinin zərərli skriptlərə və zərərverici proqramlara qarşı mühafizə də daxildir.
Qeyd: Biz böyük texnologiya şirkəti deyilik. Biz işləri fərqli görürük. Müstəqil olmaq (səhmdarların olmaması) bizə mənfəətdən əvvəl insanları birinci yerə qoymağa imkan verir. Digər şirkətlərdən fərqli olaraq, biz məlumatlarınıza çıxışı satmırıq.
Firefox hansı məlumatları toplayır?
Mozilla (Firefox-un yaradıcısı) məxfiliyə çox ciddi yanaşır. Çox ciddi. Əslində, hazırladığımız hər bir Firefox məhsulu bizim Şəxsi Məlumat Vədimizə hörmət edir: Daha az götürün. Təhlükəsiz saxlayın. Sirlər yoxdur.
Daha çox məlumat üçün Firefox-un Məxfilik Bildirişini oxuyun. Ciddi deyirik, baxın. Normal ölçülü şriftlə yazılıb və hər şeyi aydındır.