Sabitlənmiş səyyah vərəqləri

Firefox-da vərəqi sabitləmək sevimli saytlarınızı həmişə açıq və bir klik məsafəsində saxlamağa imkan verir. Firefox-u işə saldıqda onlar avtomatik açılacaq. E-poçt və təqvim saytları kimi şeyləri həmişə əl altında saxlamaq üçün onları xüsusilə faydalı hesab etmişik.

Onlar kiçikdir və onları təsadüfən qapada bilməzsiniz, çünki qapatma düymələri yoxdur. Onun yerinə, onları sabitdən çıxartmalısınız.

Sabitlənmiş vərəqlərinizin nə vaxt yeniləndiyini görə bilərsiniz, məsələn, yeni e-poçt və ya birbaşa mesaj aldıqda.

Sabitlənmiş vərəqinizin daxilindəki keçidə klikləsəniz, Firefox keçidi avtomatik olaraq ayrı, yeni vərəqdə açacaq, beləliklə sabitləşdirilmiş vərəqiniz həmişəlik yaşayacaq (və ya siz onu sabitdən çıxarana qədər).