Rəng seçici aləti ilə Firefox-da rəngləri seçin
Veb-səhifədəki müəyyən rəngin dəqiq hex rəng kodunu bilmək istəməyiniz üçün çoxlu səbəblər ola bilər — bəlkə siz veb-səhifələr qurursunuz və ya qrafik dizaynersiniz. Firefox-un masaüstü versiyasındakı rəng seçici (pipetka) aləti veb-səhifədə gördüyünüz istənilən rəngin üzərinə gəlməklə dəqiq hex rəng kodlarını tapmağa imkan verir. Bir klik həmin rəng dəyərini mübadilə buferinizə köçürəcək.
Rəng seçicini Alətlər menyusunda “Səyyah Alətləri” altında və ya Firefox panel menyusunda “Daha Çox Alət” altında (Firefox panelinin sonunda) tapa bilərsiniz.