Sadəcə məxfi mobil səyahət
Firefox Focus avtomatik izləmə mühafizəsinə malik xüsusi məxfilik səyyahınızdır. Focus ilə səhifələriniz daha sürətli yüklənir və məlumatlarınız məxfi qalır.
Tarixçənizi silin
Tarixçənizi, parollarınızı və çərəzlərinizi asanlıqla təmizləyin ki, arzuolunmaz reklamlar internetdə sizi izləməsin. Sadəcə axtarış sahəsindəki təmizləmə düyməsinə toxunun və hər şey yox olacaq.
Məxfi rejimi növbəti səviyyəyə qaldırın
Əksər səyyahlarda “Məxfi səyahət” əslində o qədər də məxfi deyil. Firefox Focus ilkin vəziyyətdə növbəti səviyyəli məxfilik təklif edir və internetdə hüquqlarınız uğrunda mübarizə aparan qeyri-kommersiya təşkilatı Mozilla tərəfindən dəstəklənir.
İzləmə mühafizəsi
Firefox Focus ilkin vəziyyətdə geniş çeşiddə ümumi izləyiciləri, o cümlədən sosial izləyiciləri və Facebook reklamları kimi yerlərdən gələn yapışqan izləyiciləri əngəlləyir.
Hər şeyi daha sürətli görün
Focus izləyiciləri silir, beləliklə baxdığınız səhifələr daha az məlumat tələb edir və daha sürətli yüklənir. Həmçinin əsas ekranınıza dördə qədər qısayol sabitlənə bilər və heç nə yazmadan sevimli saytınıza daha da tez daxil ola bilərsiniz.
Mozilla tərəfindən hazırlanıb
Biz inanırıq ki, hər kəsin onlayn həyatı üzərində nəzarəti olmalıdır. 1998-ci ildən bəri mübarizə apardığımız məqsəd budur.