Firefox

İnternetə hər daxil olduqda qorunduğunuzdan əmin olun

Ən son Firefox səyyahını işlətdiyiniz üçün təşəkkürlər. Firefox-u seçməklə özünüz və hər kəs üçün daha yaxşı bir internetə dəstək olursunuz. İndi özünüzü qorumaq üçün növbəti addımı atın.

Avtomatik məxfiliyi seçin

Şirkətlər şəxsi məlumatlarınızı ələ keçirmək üçün daim yeni yollar axtarırlar. Firefox sizi qorumaq üçün yeni yollar tapmaq missiyasını daşıyan səyyahdır.

Hər cihazda azadlığı seçin

Firefox Windows, iOS, Android, Linux üzərində… və onların hamısında sürətli və təhlükəsizdir. Sizin yerinizə qərarlar verilməsi əvəzinə, səyyah və cihaz seçimlərinə layiqsiniz.

Korporativ müstəqilliyi seçin

Firefox yeganə böyük müstəqil səyyahdır. Chrome, Edge və Brave hamısı Google kodu üzərində qurulub, bu da Google-a internet üzərində daha çox nəzarət vermək deməkdir.