iPhone və iPad cihazlarınızda ən çox baş çəkdiyiniz yerlərə daha sürətli çatın
iOS üçün Firefox Səyyahı ilə açıq vərəqlərinizi, keçmiş axtarışlarınızı və sevimli saytlarınızı bir yerdə görün.
Firefox-u əsas səyyahınız edin
İndi iPhone və iPad istifadəçiləri öz əsas səyyahlarını seçə bilərlər. Bu o deməkdir ki, siz Safari işlətməyə məcbur deyilsiniz və mobil səyyahınız sevimli masaüstü səyyahınızla sinxron qala bilər. Bundan əlavə, Firefox-u əsas səyyahınız olaraq qurduqda, müstəqil bir texnologiya şirkətini dəstəkləmiş olursunuz. Firefox həm də qeyri-kommersiya təşkilatı tərəfindən dəstəklənən yeganə böyük səyyahdır.
Sürətli. Məxfi. Təhlükəsiz
İldırım sürətindən ödün vermədən şəxsi olanı məxfi saxlayın. Bundan əlavə, ağıllı səyahət özəllikləri məxfiliyinizi, parollarınızı və əlfəcinlərinizi hara getsəniz təhlükəsiz şəkildə özünüzlə aparmağa imkan verərək onlayn həyatınızı asanlaşdırır.
İnternetdə məxfi qalın
Firefox internetdə olarkən sizə daha güclü məxfilik mühafizəsi təqdim edir. İlkin vəziyyətdə Təkmilləşdirilmiş İzləmə Mühafizəmiz sosial media izləyiciləri, saytlararası çərəz izləyiciləri, kriptomaynerlər və rəqəmsal iz toplayıcılar kimi izləyiciləri və skriptləri əngəlləyir.
Səyahət tarixçəniz tarixə qovuşur
İstəsəniz, asanlıqla məxfi səyahət rejiminə keçib axtarış edə bilərsiniz. Məxfi səyahət rejimini qapatdıqda isə səyahət tarixçəniz və bütün çərəzlər cihazınızdan avtomatik silinir.
Həyatınızda daha çox Firefox əldə edin
Təhlükəsiz və rəvan səyahət üçün Firefox-u cihazlarınıza əlavə edin. Sevimli əlfəcinlərinizi, saxlanılan girişlərinizi, parollarınızı və səyahət tarixçənizi hara getsəniz özünüzlə aparmaq üçün cihazlarınızı sinxronlaşdırın. Həmçinin qaldığınız yerdən davam etmək üçün telefonunuzla masaüstünüz arasında açıq vərəqləri göndərin.
Hər şeyi daha sürətli tapın
Axtarış sətrində axtarış təklifləri alın və ən çox ziyarət etdiyiniz saytlara tez daxil olun. Axtarış sualınızı yazın və sevimli axtarış sistemlərinizdə təklif olunan və əvvəllər axtarılmış nəticələri əldə edin.
Əsas ekranınızın sahibi olun
İnternetin sizin üçün vacib olan hissələrinə daha sürətli daxil olun. Bütün açıq vərəqlərinizi, son axtarışlarınızı, əlfəcinlərinizi və sevimli saytlarınızı bir yerdə görməyi seçin.
Sevdiyiniz şeylərdən daha çoxunu kəşf edin
Ən çox ziyarət etdiyiniz saytları və son əlfəcinlərinizi görmək üçün Firefox-da yeni vərəq açın. Firefox gedəcəyiniz yerə daha tez çatmağınıza kömək etmək üçün ən son istifadə etdiyiniz saytlara sürətli giriş imkanı verir.
Mozilla haqqında
Mozilla interneti hamı üçün əlçatan ictimai resurs kimi qurmaq üçün mövcuddur, çünki açıq və azad olanın qapalı və idarə olunandan daha yaxşı olduğuna inanırıq. Biz seçim, şəffaflıq və nəzarəti təşviq etmək üçün Firefox kimi məhsullar qururuq.