Firefox

Öz dilinizdə hansı Firefox Səyyahı-nı endirəcəyinizi seçin

Hər kəs internetə çıxışa layiqdir — diliniz heç vaxt maneə olmamalıdır. Məhz buna görə — bütün dünyadakı fədakar könüllülərin köməyi ilə — biz Firefox-u 90-dan çox dildə təqdim edirik.

Səyyah

Firefox Düzəlt

Platforma

Quraşdırıcılar haqqında öyrənin

  • 64-bit quraşdırıcılar

    64-bit prosessorlu kompüterlər üçün 64-bit quraşdırıcını seçin. Bu, proqramlara daha çox RAM ayırmağa imkan verir — xüsusilə oyunlar və digər yüksək tələbli tətbiqetmələr üçün vacibdir.

  • 32-bit quraşdırıcılar

    32-bit prosessorlu kompüterlər — yaxud daha köhnə və ya daha az güclü kompüterlər üçün 32-bit quraşdırıcını seçin. 64-bit və ya 32-bit quraşdırıcı seçməkdən əmin deyilsinizsə, 32-bit seçməyi tövsiyə edirik.

  • MSI quraşdırıcıları

    Firefox Səyyahı-nın tənzimlənməsini, yerləşdirilməsini və idarə olunmasını sadələşdirən korporativ İT üçün Windows quraşdırıcıları.

  • ARM64/AArch64 quraşdırıcılar

    Windows və Linux kompüterləri üçün optimallaşdırılmış ARM64/AArch64 quraşdırıcıları.

  • Microsoft Store

    Bu seçim Microsoft Store web portalında Firefox məhsul səhifəsini açacaq. Windows 10 və ya Windows 11 işlədirsinizsə, bu səhifədən Microsoft Store-u açıb Firefox-u quraşdırmaq imkanınız olacaq. Microsoft Store-dan quraşdırsanız, Firefox yeniləmələri də Microsoft Store tərəfindən həyata keçiriləcək. Microsoft Store-dan quraşdırıldıqda Firefox davranışında və imkanlarında kiçik fərqlər olur, lakin əksər istifadəçilər üçün bu fərqlər nəzərə çarpmır.

Dil

Endir