Firefox

Android üçün Firefox ilə internetə daha sürətli çatın

Android üçün Firefox səyyahı ilə bütün açıq vərəqlərinizi, son axtarışlarınızı və sevimli saytlarınızı bir yerdə görün.

Android üçün Firefox əldə edin

Başlamaq üçün QR kodu skan edin

Sürətli və Məxfi

Android üçün Firefox ildırım sürətli səhifə yüklənməsi ilə zəhmətsiz məxfilik mühafizəsi təqdim edir. Təkmilləşdirilmiş İzləmə Mühafizəsi onlayn izləyicilərin internetdə sizi izləməsini və səhifələrinizi yavaşlatmasını avtomatik əngəlləyir.

Məxfi rejimə bir toxunuş

Sadəcə bir toxunuşla Məxfi Səyahət Rejiminə keçin. Məxfi Səyahət Rejimini qapatdıqda isə səyahət tarixçəniz cihazınızdan avtomatik silinir.

Öz bildiyiniz kimi axtarın

Böyük telefonunuz və normal ölçülü baş barmaqlarınız var? Problem deyil. Android üçün Firefox axtarış sətrini yuxarıdan aşağıya köçürməyə imkan verir və bir əllə istifadəni asanlaşdırır. Siz həmçinin səyyah daxilində öz axtarış sisteminizi seçə və istəsəniz Firefox-u əsas səyyahınız olaraq qura bilərsiniz.

Qaranlıq Rejimlə enerjiyə qənaət edin

Göz yorğunluğunu azaltmaq və batareyanızın ömrünü uzatmaq üçün istənilən vaxt Qaranlıq Rejimə keçin.

Əsas ekranınızın sahibi olun

İnternetin sizin üçün vacib olan hissələrinə daha sürətli daxil olun. Bütün açıq vərəqlərinizi, son axtarışlarınızı, əlfəcinlərinizi və sevimli saytlarınızı bir yerdə görməyi seçin.

Firefox-u Əlavələrlə gücləndirin

Əlavələr ilkin məxfilik tənzimləmələrini artırmaq və təcrübənizi fərdiləşdirmək kimi işləri görmək üçün səyyahınıza əlavə edə biləcəyiniz güclü kiçik alətlər kimidir.

Qaldığınız yerdən davam edin

Heç bir anı qaçırmadan telefonunuzdan noutbukunuza, planşetinizə və geriyə keçin. Bütün cihazlarınızda Firefox ilə əlfəcinlərinizi, parollarınızı, saxlanılan girişlərinizi və səyahət tarixçənizi hara getsəniz özünüzlə apara bilərsiniz.

Telefonunuzun əsas ekranından axtarın

Tətbiqi açmağa ehtiyac yoxdur. Firefox axtarış vidcetini əlavə edin və birbaşa cihazınızın əsas ekranından internetdə axtarış aparın.

Videoları ekranınıza sabitləyin

Videoları saytlarından və ya pleyerlərindən çıxarın və internetdə səyahət edərkən və digər işləri görərkən izləmək üçün onları telefonunuzun ekranının yuxarısına sabitləyin. Eyni vaxtda bir neçə iş görərkən əyləncədən qalmayın.

Mozilla haqqında

Mozilla interneti hamı üçün əlçatan ictimai resurs kimi qurmaq üçün mövcuddur, çünki açıq və azad olanın qapalı və idarə olunandan daha yaxşı olduğuna inanırıq. Biz seçim, şəffaflıq və nəzarəti təşviq etmək üçün Firefox kimi məhsullar qururuq.